18:58 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
28

Sorğuda iştirak edən kişilərin 70, qadınların 78 faizi qeyd edib ki, Hərbi Qənimətlər Parkını ziyarət etməyin üstünlüyü şəhid və qazilərimizin uğurlarına şahid olmaqdır.

BAKI, 24 may — Sputnik. 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi üçün yaradılan Hərbi Qənimətlər Parkı ilə bağlı 10-15 may tarixlərində Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğuda iştirak edən 1100 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

Hərbi Qənimətlər Parkını ziyarət etməyin üstünlükləri barədə verilən suala 3 cavab seçmək imkanı olub. Respondentlərin cavablarının faiz göstəriciləri aşağıdakı kimidir:

Şəhid və qazilərimizin uğurlarının şahidi olmaq – 73,5%;

Canlı tarixi gözlərimizlə görmək – 69,4%;

Döyüş anlarını təsəvvür etmək – 49,6%;

Uşaq və gənclərdə vətənpərvərlik hissinin artırılması – 49,2%;

Hərbi bilikləri artırmaq – 17,9%;

Maraqlı vaxt keçirmək – 13,5%;

Sorğuda iştirak edən kişilərin 70, qadınların 78 faizi qeyd edib ki, Hərbi Qənimətlər Parkını ziyarət etməyin üstünlüyü şəhid və qazilərimizin uğurlarına şahid olmaqdır.

Respondentlərin 73,1%-i hesab edir ki, parkda ən çox diqqət çəkən pavilyon düşmənin müdafiə səddidir. İştirakçıların 20%-i üçün videozal daha maraqlıdır. Suvenir satışı məntəqəsini bəyənənlər isə cavab verənlərin 6,9%-ni təşkil edib.

Eksponatlarla bağlı verilən suala da respondentlərin maksimum 3 cavab vermək imkanı olub. Nəticələr göstərir ki, zirehli texnikaları görmək istəyənlər respondentlərin 70,1%-ni təşkil edir.

Cavab verənlərin 64,5%-i "Artilleriya silahları" variantını seçib. İştirakçıların 56,9%-i silah-sursat eksponatlar sərgisini, 31,1%-i avtomobil texnikalarını, 12,7%-i qoşquları görmək istəyir. Bu suala cavab verməkdə çətinlik çəkənlər respondentlərin 15,6%-ni təşkil edib.

Sorğuda iştirak edən kişilərin 77, qadınların 63 faizi Hərbi Qənimətlər Parkında ən çox zirehli texnikanı görmək istədiklərini bildiriblər.

Əsas mövzular