19:40 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
2227

"Onlar üçün insandan gələn iy və ayrılan hərarət vacibdir. Əgər insan çox tərləyirsə, ağcaqanadlar üçün onu tapmaq daha asandır".

BAKI, 23 may — Sputnik. Müəyyən qan qrupuna malik insanların ağcaqanadlar üçün daha cazibəli olması barədə söhbətlər əsassızdır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin ümumi ekologiya və hidrobiologiya kafedrasının əməkdaşı Vadim Maryinski deyib.

Bioloq bildirib ki, ağcaqanadlar üçün tamamilə başqa parametrlər vacibdir.

"Onlar üçün insandan gələn iy və ayrılan hərarət vacibdir. Qanı müəyyən qrupa aid olan insanların ağcaqanadları daha çox cəlb etdiyinə dair çoxlu uydurma söhbətlər var. Əslində isə hər şey daha sadədir. Əgər insan çox tərləyirsə, ağcaqanadlar üçün onu tapmaq daha asandır", - deyə Maryinski bildirib.

Bioloq onu da qeyd edib ki, ağcaqanadlar çox tərləyən insanlara "yapışırlar", lakin bu o demək deyil ki, onlar digər insanları rahat buraxırlar.

"İnsanlar qrup şəklində, məsələn meşədə hərəkət edirsə, yaxud eyvanda oturub çay içirlərsə, ağcaqanadlar dəstəsi artıq insan qrupunu tapdıqdan sonra, onlar kimi dişləyib-dişləməməyi seçmirlər. Onların kimlərinsə qanına daha çox üstünlük verdiklərini istisna etmək olmaz, lakin əgər insanlar qrup şəklində bir yerdədirlərsə, ağcaqanadların qurban seçimində nəyə üstünlük vermələri aşkar müşahidə olunmur," - deyə Maryinski bildirib.

Əsas mövzular