Dejavyu, yoxsa? Paşinyanın arvadı bir məktəbi ikinci dəfə "açdı"

© SputnikАнна Акопян
Анна Акопян - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Nəşr yazır ki, idman zalının açılışı hələ aprelin 26-sı vilayətin qubernatoru Melikset Poqosyanın iştirakı ilə baş tutub.

BAKI, 22 may — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Zəngəzurda (Sünik) apreldə istifadəyə verilən məktəbin idman zalını yenidən açıb. Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir ki, hadisə Gorus şəhərində qeydə alınıb.

Akopyan Sünik vilayətinə Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryanla birgə gedib. Paşinyanın həyat yoldaşı vilayətin inzibati binasının qarşısında gəzişib. Bundan sonra o, məktəbə gedərək açılış mərasiminə qatılıb.

Nəşr yazır ki, idman zalının açılışı hələ aprelin 26-sı vilayətin qubernatoru Melikset Poqosyanın iştirakı ilə baş tutub.

Qeyd olunur ki, Akopyanın regiona səfəri hakim partiyanın seçki kampaniyası ilə bağlıdır. Məktəbin direktoru "Mənim addımım" blokunun seçki siyahısına daxil olacaq.

Akopyan səfər zamanı yalnız qubernator, vitse-qubernator və Sünikdən olan deputatla görüşüb.

Eləcə də oxuyun:

* Zəngəzura gedən Paşinyanın arvadı biabır oldu

* Azərbaycan və Ermənistan hərbçiləri arasında dava, 11 erməni hərbçisi xəstəxanada

* Ermənistan KİV: Azərbaycan hərbçiləri Zərkənd istiqamətində yeni mövqeyə yerləşiblər

 

Xəbər lenti
0