"Avropa Parlamentinin qətnaməsi bir kağız parçasıdır" - parlamentin spikeri

© AFP 2023 / FREDERICK FLORINЗаседание Европейского парламента
Заседание Европейского парламента  - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
"Avropa Parlamentində "hərbi əsir"lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur və erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib".

BAKI, 21 may — Sputnik. "Avropa Parlamentində "hərbi əsir"lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur və erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib. Bu, sadəcə, kağız parçasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, bu, Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı münasibətini əks etdirmir: "Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək".

Xəbər lenti
0