Bu gün Bakıda əksəriyyət işə gecikib

© Sputnik / Irade JELILBakıda vəziyyət
Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Xüsusilə Heydər Əliyev prospekti - şəhər mərkəzi, Qara Qarayev prospekti - "Koroğlu" metrostansiyası istiqamətlərində müşahidə olunan sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.

BAKI, 21 may — Sputnik. Bu gün Bakı şəhərində işləyənlərin əksəriyyəti işə gecikib. Buna səbəb paytaxt yollarındakı tıxac olub. Bu faktı Bakı Nəqliyyat Agentliyi (BNA) də təsdiqləyib. 

"Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur", - BNA-nın mətbuat katibi öz sosial səhifə hesabında bu barədə yazıb.

Xəbərdə bildirilir ki, xüsusilə Heydər Əliyev prospekti - şəhər mərkəzi, Qara Qarayev prospekti - "Koroğlu" metrostansiyası istiqamətlərində müşahidə olunan sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.

Xəbər lenti
0