Bakı-Qəbələ qatarında bilet qiyməti hələ müəyyən olunmayıb

© Sputnik / Irade JELILBakı dəmir yolu vağzalı kompleksi
Bakı dəmir yolu vağzalı kompleksi - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıması dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.

O qeyd edib ki, qatar istifadəyə tam hazırdır: "Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıması dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələr vasitəsilə ictimaiyyətə məlumat veriləcək".

 

 

Xəbər lenti
0