CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əyani təhsilə cəlb olunan şagirdlərin sayı açıqlandı - Valideynlərə çağırış edildi

© AR Ministry of EducationВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Paytaxt məktəblərində ümumilikdə 410000-dən çox təhsilalanın və təxminən, 25000-dən çox təhsilverənin əyani tədrisə qismən cəlb olunmasından söhbət gedir.

BAKI, 17 may — Sputnik. "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199694, xüsusi məktəblərdə 1845 nəfər təhsil alır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında idarənin müdir müavini Xəyalə Əhmədzadə deyib.

Onun sözlərinə görə, həmçinin ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182018 şagird oxuyur.

İdarə rəsmisi bildirib ki, məktəbəhazırlıq qruplarına isə 27122 uşaq cəlb olunub: "Yəni, artıq paytaxt məktəblərində ümumilikdə 410000-dən çox təhsilalanın və təxminən, 25000-dən çox təhsilverənin əyani tədrisə qismən cəlb olunmasından söhbət gedir. Bu da təbii ki, küçələrdə, nəqliyyatda müəyyən sıxlıqla müşayiət oluna bilər. Bu baxımdan müəllimlər, valideynlər və şagirdlər diqqətli olmalı, özlərini evdən və məktəbdən kənarda daha etibarlı qorumalıdırlar".

Xəbər lenti
0