Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan kinosunun məbədi xilas olmağın yollarını arayır

© Sputnik / Shahperi Abbasova"Azərbaycanfilm" Kinostudiyası
Azərbaycanfilm Kinostudiyası - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Kinostudiyanın direktoru Fariz Əhmədov: "Türkiyə ilə olan müştərək əlaqələrimiz gələcəkdə kino sənayesinin inkişafına təkan verəcək".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Bir xalqın adət-ənənəsini, tarixini, onun necə bir xalq olduğunu dünyaya çatdırmaq üçün kino ən əvəzedilməz vasitədir. Ötən əsrin 80-ci illərinə qədər intibah dövrünü yaşayan milli kinomuz sonralar məlum səbəblərə görə, tənəzzülə uğradı. Milli kinolarımızın istehsalı ilə məşğul olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının da vəziyyəti heç də kinomuzdan geri qalmır, desək yanılmarıq. Amma "Azərbaycanfilm" kinostudiyası yenidən əvvəlki dövrünə qayıdacaq. Kinostudiyanın əsaslı təmiri və orada baş verən yeniliklər haqqında sözügedən müəssisənin direktoru Fariz Əhmədov danışıb.

F.Əhmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ilkin layihələndirmə başa çatıb:

"Yəni, gələcəkdə onun istismarını necə görmək istəyiriksə, onun layihəsi hazırdır. Bu proses cənab nazirin nəzarəti altında həyata keçirilir. İndiki halda tikintinin özü də çətindir. Çünki bütün işlər Qarabağda gedir. Amma yaxın zamanlarda, inşallah ki, binanın təmirinə başlanacaq. Bina demək olar ki, istilik sistemindən məhrumdur. Bütün infrastruktur demək olar ki, dağıdılıb. Elektrik xətləri, kanalizasiya boruları artıq yararsız haldadır. Qışda burada soyuqdan, yayda da istidən işləmək mümkün olmur. Bina 1965-ci ildə istismara verilib. 50 ildən çox vaxt keçməsinə baxmayaraq, heç vaxt əsaslı təmir olunmayıb".

F.Əhmədovun sözlərinə görə, kinostudiyanın texniki bazası ötən əsrin 80-ci illərində yenilənib. Ondan sonra ora toxunulmayıb.

© Sputnik / Shahperi Abbasova"Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov
Azərbaycan kinosunun məbədi xilas olmağın yollarını arayır - Sputnik Azərbaycan, 1920, 16.05.2021
"Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov

"Bu il "Azərbaycanfilm" kinostudiyasının texniki bazası demək olar ki, 0-dan qurulub. Mən studiyanı təhvil alanda studiyanın nə çəkiliş avadanlıqları, nə də işıq avadanlıqları var idi. Bu gün paralel olaraq 2 bədii, 2 sənədli film çəkmək üçün texniki imkanlarımız var. Bunun özü də stimullaşdırıcıdır. Müharibənin qızğın vaxtında ölkə başçısının bizə verdiyi töhfə idi. Onu deyim ki, gələn avadanlıqların əksəriyyəti ölkədə yoxdur. Bu sahədə çalışanlar da öz mütəxəssislərimizdir. Texniki direktorumuz Rəşad Səməd müasir texnologiyanı bilən ölkədə tək-tük insanlardan biridir. Kamera və işıqla işləyənlər də öz yerli mütəxəssislərimizdir. Əksəriyyəti də Mədəniyyət və İncəsənət Universitetini bitirmiş tələbələrdir. Biz sözügedən universitetlə danışıqlar aparırıq, onları bura cəlb etməkdə maraqlıyıq. "Məryəm" filmindən başlayaraq biz bunu tətbiq edəcəyik. Filmin operator qrupu, rejissor qrupu, rəssam qrupu var. Hər qrupa bir neçə tələbəni cəlb etmişik", – deyə F.Əhmədov əlavə edib.

"Ölkənin 2 ən böyük pavilyonu buradadır. Hər ikisi hazırda istismardadır. Müxtəlif televiziya kanalları dekorasiyalarını qurub verilişlərini çəkirlər. İlkin olaraq planda pavilyonların təmiridir. Təmir işi 3-5 aylıq deyil. Lahiyələndirildikdən və dövlət də pul ayırdıqdan sonra 5-6 ilə bura tam təmir olunub, istismara verilə bilər. Çünki binanın sistematik olaraq təmirə ehtiyacı var. İşçi üçün hər cür şərait yaratmaq lazımdır ki, ondan keyfiyyətli iş tələb edə bilək".Əhmədovun sözlərinə görə, kinostudiyanın ən çox xərc tələb edən hissəsi pavilyondur:

Fariz müəllimin sözlərinə görə, kinostudiyada təmir işləri ilə yanaşı, filmlərin istehsalına da başlanılıb: "Mirsadıq Ağazadənin "Evimiz abad" adlı filmi çəkilmişdi. Hazırda həmin filmin motivləri əsasında serial çəkirik. 5 seriyadan ibarət ekran işinin hərəsi 30-35 dəqiqədir. Tamaşaçılar yaxın zamanlarda izliyə biləcəklər. Bakı Media Mərkəzi ilə müştərək "Biz" adlı sənədli filmin üzərində işləyirik. Filmin rejissoru Orman Əliyevdir. Bu da müharibə dövründə trendə düşmüş insanlar haqqındadır. Yəni, bizim haqqımızdadır. Müharibə dönəmində müəyyən töhfələr vermiş insanlarımız haqqındadır. Burada hərbçilərimiz, həkimlərimiz, xaricdə yaşayan blogerlərimiz var. Çox maraqlı 44 qəhrəmanımızın əhvalatları təqdim olunacaq. Artıq çəkilişləri başa çatıb. Hazırda montaj işləri gedir".

© Sputnik / Shahperi Abbasova"Azərbaycanfilm" Kinostudiyası
Azərbaycan kinosunun məbədi xilas olmağın yollarını arayır - Sputnik Azərbaycan, 1920, 16.05.2021
"Azərbaycanfilm" Kinostudiyası

Orada eyni zamanda "Bizim kino" adlanan layihə həyata keçirilir: "Azərbaycan kinosu ilə bağlı 24 qısametrajlı sənədli filmdir. Layihənin artıq bir qismi efirə gedib. İnformasiya partnyorumuz İTV-dir. Elçin Musaoğlunun "Məryəm" tammetrajlı filminin üzərində işlər gedir. May ayı ərzində çəkilişlərinə başlanılacaq. Çəkilişlər Zaqatala-Balakən bölgəsində həyata keçiriləcək. Film dram janrındadır. Nizami ili ilə bağlı olaraq İTV ilə birlikdə "Xosrov və Şirin" əsəri motivləri əsasında 12 seriyalı serial üzərində işlər gedir. Sözügedən televiziyada əvvəllər də klassik əsərlərimizə - "Anamın kitabı" (C. Məmmədquluzadə), "Solğun çiçəklər"ə (C.Cabbarlı) müraciət olunub. "Xosrov və Şirin" də digər seriallar kimi dəyişdiriləcək və müasirləşdiriləcək".

Həmsöhbətimizin sözlərinə görə, Türkiyə ilə olan müştərək əlaqələrimiz gələcəkdə kino sənayesinin inkişafına təkan verəcək: "Hazırda Fransanın bir şirkəti ilə yazışmalar gedir. Məqsəd odur ki, dövlətin maliyə yükünü azaldaq. Eyni zamanda, keyfiyyətli və müştərək filmlərin sayını çoxaldaq. Bu, həm də film istehsal sayının çoxalmasına səbəb olacaq. Bu danışıqlar hər gün gedir. Həm türk şirkətləri ilə, həm də digər Avropa ölkələri ilə. Yəqin ki, yaxın illərdə nəticələrini görəcəyik. Məsələn, Elçin Musaoğlunun filmi də "Azərbaycanfilm"-lə özəl şirkətin müştərək işidir. Artıq bu təcrübə tətbiq olunmağa başlayır".

Xəbər lenti
0