Sumqayıtda naməlum şəxslər gecə saatlarında ağacları kəsiblər

© AFP 2023 / JOEL SAGETДревесина, фото из архива
Древесина, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Abunə olmaq
Sumqayıt Şəhər İcra Hakimiyyəti: "Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək".

BAKI, 12 may - Sputnik. Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında olan ağaclıq olan ərazidə qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.

Ərazidə yaşayan sakinlərin etirazından sonra həmin şəxslər oranı tərk ediblər. Polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək”.

Xəbər lenti
0