SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

© © Official website of President of Azerbaijan RepublicПри Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года
При Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Azərbaycan Prezidenti: "Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb".

BAKI, 11 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə Kazanda baş vermiş hadisədə həlak olanlarla əlaqədar başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığıda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Xəbər lenti
0