02:51 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
118 0 0

Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili: "Bu alban məbədi, Azərbaycana məxsus olan alban kilsəsinin mədəni irsidir. Bu kilsələrin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur”.

Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi xristian dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı ilə əlaqədar monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Beləliklə, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

"30 il həsrət olduğumuz torpağa gəlib ayaq basırıq. Arzum odur ki, hər bir Azərbaycan vətəndaşı buranı ziyarət etmək imkanı olsun. Nəhayət, bu torpaqlar işğaldan azad olunub", - deyə Alban-udi xristian icmasının sədri Robert Mobili jurnalistlərə bildirib. 

O qeyd edib ki, Laçında Ağoğlan monastırında, işğaldan azad edilmiş digər yerlərdə çoxlu saxtalaşdırma elementləri nəzərə çarpır:

"Buna mütəxəssislər, memarlar, tarixçilər qiymət versə, yaxşı olar. Sözsüz ki, burada arxeoloji işlər də gedəcək. Ümumiyyətlə, burada bərpa işləri zamanı erməni simvollarını məbədə salıblar. Amma bu alban məbədi, Azərbaycana məxsus olan alban kilsəsinin mədəni irsidir. Bu kilsələrin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur”.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Əsas mövzular