18:53 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Rusiya prezidenti, həmçinin Kazanda baş evrən hadisə nəzərə alınaraq vətəndaşların istifadəsində olan silahlarla bağlı qaydalırn sərtləşdirilməsi barədə də tapşırıq verib.

BAKI, 11 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Kazan məktəbində baş vermiş atışma nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə baş sağlığı verib.

Bu barədə RİA Novosti Kremlin sözcüsü Dmitri Peskova istinadla məlumat yayıb. Onun sözlərinə görə, Rusiya prezidenti, həmçinin Kazanda baş evrən hadisə nəzərə alınaraq vətəndaşların istifadəsində olan silahlarla bağlı qaydalırn sərtləşdirilməsi barədə də tapşırıq verib.

Ölkə başçısı hadisənin yerində araşdırılması üçün bir sıra rəsmi şəxslərin Kazana getməsini tapşırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə naməlum şəxslər odlu silahdan ətrafa atəş açmağa başalyıblar. Daha sonra hadisə yerində pratlayış səsi eşidilib.

Sonradan hadisənin iki yeniyetmə tərəfindən törədildiyi və onlardan birinin artıq zərərsizləşdirilidyi bildirilib.

Hadisə yerinə 21 təcili yardım briqadası göndərilib. Tatarıstan prezidenti Rüstəm Minnixanov, respublikanın səhiyyə naziri Marat Sadıkov və bölgə prokuroru İldus Nafikov dərhal hadisənin baş verdiyi məktəbə yollanıblar.

Tatarıstan rəhbəri Rüstm Minnixanov hadisəni şərh edərkən 7 məktəblinin həlak olduğunu deyib.

"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar", - deyə Minnixanov hadisə yerində Rusiya mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xətəxanaya yerləşidirilən 16 nəfərdən də 12-i azyaşlıdır.

Baş vermiş hadisə ilə əlaqədar mayın 12-i Tatarısatanda matəm günü elan olunub.

Əsas mövzular