Lənkəranda evlərdən oğurluq edən narkoman saxlanılıb

© Depositphotos.com / Photographee.euВор во время проникновения в чужой дом
Вор во время проникновения в чужой дом - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Əvvəllər məhkum olunmuş Emin İbadov Kərgəlan kəndindəki evə bir neçə dəfə girərək bahalı işıq generatorunu, xalçaları, yataq mebelini, inşaat materiallarını və digər əşyaları oğurlayıb.

BAKI, 11 may — Sputnik. Lənkəranda 4 il ərzində bir evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayonun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0