Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib

© AR Ministry of DefenceAzərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Milli Qəhrəmanın ailə üzvləri də öz növbəsində igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.

BAKI, 8 may — Sputnik. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan igid tankçı Albert Aqarunovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin bir qrup hərbi qulluqçusu Milli Qəhrəmanın məzarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəmanın ailə üzvlərinə nazirliyin rəhbərliyi adından başsağlığı çatdırılıb və igid döyüşçü Albert Aqarunov kimi Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu vurğulanıb.

1/2
2/2
1/2
2/2

Müdafiə Nazirliyinin hərbi qulluqçularının, şəhidin ailə üzvlərinin, Dağ Yəhudiləri Dini İcması üzvlərinin, qəhrəmanın döyüşçü yoldaşlarının və digərlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Milli Qəhrəmanın ailə üzvləri də öz növbəsində igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti
0