Ov tüfəngindən atəş açaraq həmkəndlisini öldürmək istədi, cinayət işi açıldı

© pixabay / jasongillmanМужчина с охотничьим ружьем в руках. Архивное фото
Мужчина с охотничьим ружьем в руках. Архивное фото - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

BAKI, 7 may — Sputnik. "20 yanvar 2021-ci il tarixdə Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb". Bu barədə Ağsu rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Qaya Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd edib.

Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti
0