13:04 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
13

C.İsayev koronavirusa qarşı mübarizədə bildirib ki, kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalıdır.

BAKI, 7 may — Sputnik. "Azərbaycanda aşkar olunan koronaviruslu xəstələrin sayı 300 mini ötüb, sağalma faizi 92,3, ölüm faktı isə 1,4 faiz təşkil edir. Dünya miqyasında isə Azərbaycanda ölüm göstəricisi azdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.

C.İsayev bildirib ki, kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalıdır: "Xəstəlik aşkar olunarsa, həmin şəxs cəmiyyətdən təcrid olunmalıdır".

"Ölkəmizdə 3 aydır vaksinasiya başlanıb, lakin hələlik əhalinin 3,78 faizi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçiblər. Doğrudur, dünya maştabında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır. Bu istiqamətdə tələbələr də yaxın çevrələrində təbliğatı genişləndirməlidirlər”, - deyə o əlavə edib.

Əsas mövzular