Bu yolda hərəkət məhdudlaşdırılır

© Azerbaijan Highway State AgencyBadamdar qəsəbəsində yolda aparılan təmir işləri
Badamdar qəsəbəsində yolda aparılan təmir işləri  - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur

BAKI, 6 may — Sputnik. 10 mart tarixindən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq  Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azəravtoyol Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

 

Xəbər lenti
0