Ölkədə peyvənd olunanlarla bağlı vəziyyət belədir

© AFP 2023 / WANG ZHAOВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 601 631 nəfər təşkil edir.

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda bu gün 27 777 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 290, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 487 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 593 883, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 601 631 nəfər təşkil edir.

Xəbər lenti
0