Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə vəsait ayırdı

© Photo : STPPivot Suvarma sistemləri STP-da
Pivot Suvarma sistemləri STP-da - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Prezident İlham Əliyevin sərəncamı əsasında 26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı da açıqlanıb.

BAKI, 6 may — Sputnik. Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz:

https://azertag.az/xeber/Bir_sira_seher_ve_rayonlarda_ekin_sahelerinin_suvarma_suyu_ile_teminatinin_yaxsilasdirilmasina_ve_ehalinin_ichmeli_suya_telebatinin_odenilmesine_dair_elave_tedbirler_haqqinda__Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1774821

Xəbər lenti
0