14:52 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
8

Pandemiyanın ilk günlərindən bu günə qədər koronavirusa yoluxmanın yaş qruplarında və gender tərkibində vəziyyət dəyişməyib.

BAKI, 6 may — Sputnik. "Azərbaycanın regionlarında koronavirusa yoluxma ilə bağlı ciddi dəyişiklik yoxdur. Vəziyyət stabil olaraq qiymətləndirilə bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, pandemiyanın ilk günlərindən bu günə qədər koronavirusa yoluxmanın yaş qruplarında və gender tərkibində vəziyyət dəyişməyib.

TƏBİB səlahiyyətlisi əlavə edib ki, qadın və kişilər arasındakı bölgü də dəyişməyib: "Ən çox yoluxma qadınlarda rast gəlinir. Rayonlarda bu gün diqqəti cəlb edən heç nə yoxdur, vəziyyət stabildir. Bakıda Binəqədi və Xətaidə yoluxmalar hər zaman yüksək olub. Bu gün ölkəmizdə epidemioloji vəziyyət stabildir. Karantin şəraiti və vətəndaşlarımızın qaydalara əməl etməsi bizi bu məqama çatdırıb".

Teqlər:
Koronavirus, COVID-19, pandemiya

Əsas mövzular