CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir müddətdir ki, müalicə olunan DİN əməkdaşı şəhid olub

© Sputnik / Murad OrujovЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

 

BAKI, 6 may — Sputnik. Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadə ötən gün dünyasını dəyişib. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

Qeyd edək ki, R.Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib. 

Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Xəbər lenti
0