QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan aprel döyüşləri ilə bağlı gizli sənədləri açıqlayacaq

© AP PhotoАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
Koçaryan: "Mən təxminən bir saat çıxış etdim və parlamentin spikeri Ararat Mirzoyan təklif etdi ki, həmin hesabatın bəzi hissələrini yaxın iki-üç gün ərzində yayımlayaq. Hər bir halda, bu hesabatda bir çox sualın cavabı sənədləşdirilib".

BAKI, 5 may — Sputnik. Ermənistan Parlament Komissiyasının 2016-cı ilin aprel ayında həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı hesabatının bəzi hissələri ictimaiyyətə açıqlanacaq. Bunu "Mənim addımım" fraksiyasının üzvü, millət vəkili, parlamentin Müdafiə və Milli Təhlükəsizlik Komissiyasının sədri Andranik Koçaryan Ermənistan parlamentində keçirdiyi brifinqdə bəyan edib.

Hesabat Ermənistanda gizli qapılar arxasında müzakirə olunub.

"Mən təxminən bir saat çıxış etdim və parlamentin spikeri Ararat Mirzoyan təklif etdi ki, həmin hesabatın bəzi hissələrini yaxın iki-üç gün ərzində yayımlayaq. Hər bir halda, bu hesabatda bir çox sualın cavabı sənədləşdirilib", - deyə Koçaryan vurğulayıb.

O əlavə edib ki, komissiyanın iclasında yalnız Yuri Xaçaturov (aprel döyüşləri vaxtı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi-red.) iştirak etməyib: "O da iclasa qatılsaydı, mənzərə tam aydın olardı".

Koçaryan onu da qeyd edib ki, deputatlar aprel döyüşlərinin dəqiq başlama vaxtını da müəyyən ediblər. Ancaq hələlik bunu açıqlamaq mümkün deyil, çünki sözügedən məlumatın dövlət sirri olub-olmadığını müəyyənləşdirməyə ehtiyac var.

Qeyd edək ki, komissiyanın iclaslarına eks-prezident Serj Sarkisyan, keçmiş baş nazir Karen Karapetyan və bir sıra digər yüksək vəzifəli şəxslər dəvət olunublar. Onlar deputatların aprel döyüşləri ilə bağlı suallarını cavablandırıblar.

Xəbər lenti
0