Hulusi Akar sərt danışdı: "Bunun bitməsi üçün lazım olan hər şeyi etməyə davam edəcəyik "

© © Adem ALTAN / POOL / AFPМинистр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
"İraqın şimalında özünə yuva quran və 40 ildə 40 min vətəndaşımızın həyatına qəsd edən bu terrorun bitməsi üçün lazım olan hər şeyi etməyə davam edəcəyik".

 

BAKI, 5 may — Sputnik. Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 953 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

"Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 953 terrorçu zərərsizləşdirilib. Önəmli olan ən son terrorçunun zərərsizləşdirilməsidir. Başda dost və qardaş İraq olmaqla bütün qonşularımızın sərhəd və suverenliyinə hörmət edirik. Buna kimsənin şübhəsi olmasın. Tək məqsədimiz terror, terrorçu ilə mübarizədir. İraqın şimalında özünə yuva quran və 40 ildə 40 min vətəndaşımızın həyatına qəsd edən bu terrorun bitməsi üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Bundan başqa bizim nə İraqın, nə də Suriyanın şimalında başqa bir məqsədimiz yoxdur", - deyə Akar qeyd edib.

Türkiyənin müdafiə naziri eyni zamanda qeyd edib ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0