12:15 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcəklər.

Bakı, 4 may - Sputnik. Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

Sputnik Gürcüstan bu barədfə Gürcüstan Baş nazirinin administrasiyasına istinadla məlumat yayıb.

Səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcəklər.

Qeyd edək ki, İrakli Qaribaşvili 20 noyabr 2013-cü ildən 23 dekabr 2015-ci ilə kimi Gürcüstasnın baş naziri olub. O, 22 fevral 2021-ci ildə bu vəzifəyə yenidən seçilib.

Əsas mövzular