Qanuna "Kütləvi dini ibadət, ayin və mərasimlər" adlı yeni maddə əlavə edilib

© AFP 2023 / Rizwan TabassumМусульмане сохраняют дистанцию во время полуденной молитвы
Мусульмане сохраняют дистанцию во время полуденной молитвы - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Xaricdə müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil surətdə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna "Kütləvi dini ibadət, ayin və mərasimlər" adlı yeni 6-1-ci maddə əlavə edilib.

Həmin əlavəyə görə, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil surətdə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti
0