11:59 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
1298 0 0

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib.

BAKI, 4 may — Sputnik. Azərbaycan üç hərbçini Ermənistana təhvil verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caliber.az" məlumat yayıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib", - deyə xəbərdə bildirilir.

Həmin hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. 

İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib. Artıq təyyarə erməni hərbçiləri götürərək Ermənistana yola düşüb və yaxın saatlarda Yerevana çatacağı gözlənilir.

Əsas mövzular