Bu peşələr tezliklə yoxa çıxa bilər

© AFP 2023 / LIONEL BONAVENTUREРабота в офисе, фото из архива
Работа в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Bəzi peşələr mahiyyətcə köhnəlib, bəziləri tamamilə itib, bir qisim peşə isə elə dəyişib ki, onların mənimsənilməsi üçün qısamüddətli kursları bitirmək kifayətdir.

BAKI, 4 may — Sputnik. Yaxın vaxtlarda bir çox klassik peşələri ciddi təkamül gözləyir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin prorektoru Aleksandr Safonov deyib.

Onun qənaətinə görə, yaxın on il ərzində mühasib peşəsi hazırkı anlamda yoxa çıxacaq. Odur ki, bu peşənin sahibləri əmək bazarında öz yerini qoruyub saxlamaq üçün əlavə olaraq auditor və vergi məsləhətçisi vərdişlərinə də yiyələnməli olacaqlar.

Bundan əlavə, itmək təhlükəsi ilə üzləşəcək peşələr arasında sürücülük peşəsi də var. Bu, avtopilot sistemlərinin getdikcə inkişafı ilə əlaqədardır.

"Teplovoz, elektrovoz, tramvay maşinistləri, habelə trolleybus və avtobus sürücüləri də eyni reallıqla qarşılaşa bilərlər. Bu peşə sahibləri artıq indidən, onların yerini elektronika tutacağı təqdirdə, nə ilə məşğul olacaqları barədə düşünməlidirlər", - deyə Safonov bildirib.

Arqument olaraq prorektor təyyarələrin ekipaj üzvlərinin sayının azalmasını gətirib. Belə ki, əgər əvvəllər təyyarə kabinəsində beş nəfərə qədər adam olurdusa, hazırda bütün idarəetmə prosesi üçün iki nəfərin olması kifayətdir. Yaxın gələcəkdə isə bu işlərin öhdəsindən bir pilotun gələcəyi də mümkündür.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayından Rusiya kolleclərində peşələrin siyahısı dəyişdirilib. Belə ki, peşələrin siyahısından son beş il ərzində abituriyentlər arasında tələbat olmayan təqribən 100 sənətin adı çıxarılıb.

Onların arasında "emallı qab istehsalçısı", "kağız istehsalında quruducu", "toxucu", "ilməvuran", "elektron texnika məmulatlarının montajçısı" və "radiooperator" peşələri də var. Qeyd olunur ki, bəzi peşələr mahiyyətcə köhnəlib, bəziləri tamamilə itib, bir qisim peşə isə elə dəyişib ki, onların mənimsənilməsi üçün qısamüddətli kursları bitirmək kifayətdir.

2019-cu ildə Rusiya Dövlət Duması əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin üzvü Oleq Şeyin 2030-cu ilə qədər bəzi peşələrin itməsi səbəbindən Rusiyada 15 milyona qədər insanın işsiz qala biləcəyini deyib. Onun sözlərinə görə, Rusiyada satıcı, mühafizəçi və sürücü kimi peşələrin itməsi dördüncü sənaye inqilabı ilə əlaqədardır. Deputatın fikrincə, dördüncü sənaye inqilabının əsas xüsusiyyəti ondan ibarətdir ki, insanlar getdikcə işə bir zərurət kimi deyil, yaradıcılıq kimi yanaşmağa başlayırlar.

Xəbər lenti
0