21:21 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
13 0 0

İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır.

 

BAKI, 3 may — Sputnik. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, restoran işinin təşkili ilə yanaşı, müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etmək məqsədilə "Mymenu.az" adlı layihəyə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində hazırlanmış "Mymenu.az" onlayn platforması iaşə obyektləri və onlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumatlar təqdim etməklə yanaşı, turistlərə düzgün məlumatların verilməsi, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılmasına xidmət edir.

Layihənin əsas istiqamətləri regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində təqdim olunan menyuların standartlara uyğunlaşdırılaraq bir neçə dildə tərtibatı və daha əlçatan olması üçün QR texnologiyasına əlavə edilməsi, ictimai iaşə obyektlərinə menyu tərtibatı və xidmətlər təşkili üzrə təlimlərin təşkilindən ibarətdir.

İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır.

"Mymenu.az" layihəsi paytaxt, eləcə də regionlarda fəaliyyət göstərən iaşə obyektləri haqqında məlumatların onlayn platforma vasitəsilə əldə edilməsinə, ikili menyu hallarının azaldılmasına və xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə fərqli dillərdə menyuların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən hər bir ictimai iaşə obyektinin (restoran, kofeşop və çay evləri, bar və pub, əyləncə mərkəzləri və klublar, hamam-spa, idman-oyun mərkəzləri və s.) sahibkarları və ya menecerləri "Mymenu.az" platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yarada, öz iaşə obyektləri haqqında ətraflı məlumatlar dərc edə, ödənişsiz olaraq hazır şablonlar üzərində rahatlıqla menyular hazırlaya və QR kod yarada bilərlər.

Əsas mövzular