05:58 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
9

Şikayət əsasında Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) ilə cinayət işi açıb.

BAKI, 3 may — Sputnik. Ermənistanın Baş Prokurorluğu bu ölkənin Prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı cinayət işi qaldırıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Vəkillər Palatasının sədri Ara Zöhrabyan öz "Facebook" səhifəsində yazıb.

Bildirilir ki, martın 30-da 53 vəkil Prezident Armen Sarkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar məlumat yayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ancaq Xüsusi İstintaq Xidməti cinayət işi başlamaqdan imtina edib. Vəkillər bu qərardan apelyasiya şikayəti veriblər.

"Şikayət əsasında Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) ilə cinayət işi açıb", - deyə Zöhrabyan yazıb.

Vəkillər iddia ediblər ki, Armen Sarkisyanın Britaniya vətəndaşlığı 2011-ci ildə yox, daha sonra ləğv edilib.

Xatırladaq ki, 53 vəkilin yaydığı məlumatda qeyd olunub ki, Armen Sarkisyanın ən azı 10 il – 2003-2012-ci illərdə – Britaniya vətəndaşlığı olub. O, 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Belə ki, Ermənistan konstitusiyasına görə seçkidən əvvəl altı il müddətində Ermənistan vətəndaşı olmuş şəxs prezident seçilə bilər.

 

Əsas mövzular