Sürücü özünü və sərnişini ələ verdi

© The State Customs Committee of ARAstara gömrük postunda saxlanılan yük avtomobilində 933 kiloqramdan artıq heroin aşkar edilib
Astara gömrük postunda saxlanılan yük avtomobilində 933 kiloqramdan artıq heroin aşkar edilib - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

BAKI, 3 may — Sputnik. Cəlilabadda şübhəli hərəkətlər edən sürücünün avtomobilində külli miqdarda heroin aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmətaparanzaman hərəkətdə olan "Hyundai Azera" markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müəyyən ediblər.

Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb. Avtomobildə olan Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, sürücü E.Cəfərov və sərnişin E.Salmanovun üzərlərinə keçirilən baxış zamanı isə hər ikisindən heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0