14:35 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Tovmasyan Paşinyana cavabında deyib ki, onsuz də mövqelər bir addımlıq məsafədə yerləşir, azərbaycanlılar nəinki səngərləri, hətta əsgərlərin formasına kimi aydın görürlər.

BAKI, 3 may — Sputnik. Qərbi Zəngəzur (Sünik) və Göyçə (Geğarqunik) bölgələrindəki sərhəd lazımi şəkildə təchiz olunur, ancaq bu iş təbii ki, gizli şəkildə aparılır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan deputat Taqui Tovmasyanın sualını cavablandırarkən bildirib.

Sözügedən ərazilərdə sərhədlərin niyə lazımi səviyyədə təchiz olunmadığı barədə sualı eşidən Paşinyan özündən çıxıb və səsini qaldıraraq deyib: 

"Elə düz deyirlər ki, Əliyevin kəşfiyyata pul xərcləməsinə ehtiyac yoxdur, biz özümüz ona hər şeyi xəbər veririk. Bir azdan koordinatları da göstərməyə başlayacaqlar: bax buradakı səngərlər çox möhkəmdir, amma bax orada heç səngər yoxdur, burada isə yaxşı rahat dəhliz var... Ümumiyyətlə, biz nə etdiyimizi bilirik?"

Bunun cavabında isə Tovmasyan cavab verib ki, onsuz də mövqelər bir addımlıq məsafədə yerləşir, azərbaycanlılar nəinki səngərləri, hətta əsgərlərin formasına kimi aydın görürlər.

Paşinyan isə etiraz edərək bildirib ki, əgər sərhədi adi gözlə görmək mümkündürsə, deməli, o yaxşı sərhəd deyil.

"Elə işlər var ki, onlar barədə məlumat vermək olmaz, nə sizə, nə də düşmənə"- deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, sərhədin ön xəttindəki bir sıra bölmələrdə iki tərəfin sərhəd dirəkləri bir-birindən on metr aralı yerləşir.

Əsas mövzular