21:43 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Xalq artistinin qohumu: "Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihazına qoşulub. Hələ də ağırdır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə Sputnik Azərbaycan-a aktyorun yaxın qohumu məlumat verib. O bildirib ki, A.Quliyev hələ də reanimasiyadadır: "Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihazına qoşulub. Hələ də ağırdır. Ağ ciyərləri 95 faiz tutulub".

Qeyd edək ki, aktyor koronavirusa yoluxub.

Əsas mövzular