Fransada İslama qarşı çıxan 20 general məsuliyyətə cəlb olunacaq

© AP Photo / REMY DE LA MAUVINIEREПатруль возле фонтана Трокадеро, одного из самых туристических мест Парижа
Патруль возле фонтана Трокадеро, одного из самых туристических мест Парижа - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Emmanuel Makron 20 fransız generalın ölkədə radikal islamın geniş yayılması səbəbindən vətəndaş müharibəsinin gözlənidliyi barədə xəbərdarlıq məktubuna çox sərt reaksiya verib.

BAKI, 30 aprel — Sputnik. Fransa prezident Emmanuel Makron ona xəbərdarlq məktubu göndərən 20 generalı məsuliyyətə cəlb etmək barədə sərəncam verib. Məktubda qeyd olunur ki, Fransada radikal islam geniş yayıldığından ölkə vətəndaş müharibəsində doğru gedir. Bu barədə Fransanın "Valeurs actuelles" qəzeti məlumat yayıb.

Qeyd edək ki, bir qədər bundan əvvəl istefada olan 20 fransız generalı və 80 zabit məktub yazaraq prezident Makronun "İslamçıların səbəb olduğu cəmiyyətin parçalanma prosesini "dayandıra bilməyəcəyi təqdirdə ölkədə hərbi nəzarətin tətbiq olunmasına çağır etmişdilər.

"Valeurs actuelles" qəzetinin yazdığına görə, Fransa vətəndaşları hərbçilərin prezident Emmanuel Makrona ünvanladıqları ölkədə vətəndaş müharibəsinin gözlənildiyi barədə xəbərdarlıq məktubunu razılıqla qarşılayıblar.

Xəbər lenti
0