Qırğızıstan-Tacikistan sərhədində atışma gedir

© Sputnik / Igor Egorov / Mediabanka keçidВоеннослужащий вооруженных сил Кыргизстана, фото из архива
Военнослужащий вооруженных сил Кыргизстана, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Abunə olmaq
Qırğızıstan Sərhəd Xidməti Tacikistan sərhədçilərini mülki əhalini qanlı hərəkətlərə təhrik etməkdə günahlandırdı və onların mümkün qurbanlara görə məsuliyyət daşıdığını bildirib.

BAKI, 29 aprel — Sputnik. Hazırda Qırğızıstan və Tacikistan sərhədində hərbi birləşmələr arasında atışma gedir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

"Hər iki ölkənin hərbi birləşmələri arasında atışma baş verib. İlkin məlumata görə, tacik tərəfi minaatan birliklərin mövqelərini müəyyən edir", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Qırğızıstan Sərhəd Xidməti Tacikistan sərhədçilərini mülki əhalini qanlı hərəkətlərə təhrik etməkdə günahlandırdı və onların mümkün qurbanlara görə məsuliyyət daşıdığını bildirib.

Xəbər lenti
0