Paşinyan Ermənistanda vaksinasiya olunanların sayının biabırçı həddə olduğunu bəyan etdi

© REUTERS / SERGIO PEREZВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива  - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Abunə olmaq
Ölkədə cəmi 2690 nəfərin peyvənd olunduğunu açıqlayan Paşinyan bütün nazirlərə bir həftə ərzində peyvənd vurdurmağı əmr etdi.

BAKI, 29 aprel — Sputnik. Baş nazir kimi səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Ermənistanda koronavirusa qarşı vaksinasiya olunanların sayının biabırçı dərəcədə aşağı olduğunu bəyan edərək bütün hökumət üzvlərinə bir həftə ərzində COVID-19-a qarşı peyvənd vurdurmağı tapşırıb. Sputnik Ermənistan-ın yaydığı məlumata görə, o, bu barədə hökumət üzvləri ilə keçirdiyi iclasda danışıb.

"Gəlin, özümüzdən başlayaq. Bu salondakıların hamısının bir həftə ərzində koronavirusa qarşı peyvənd olunacağı barədə razılığa gələk", – deyə Paşinyan hökumət üzvlərinə müraciətində bildirib.

O, həmçinin məlumat verib ki, hazırda bütün Ermənistan üzrə cəmi 2690 nəfər peyvənd vurdurub

"İndi peyvənd olunmuş vətəndaşların sayı ölkələrin bütün mənalarda keyfiyyət göstəricisi sayılır: iqtisadi, mədəni, siyasi", - deyə Paşinyan qeyd edib.

Ermənistanın səhiyyə naziri Anait Avenesyan isə iclasda bildirib ki, hazırda ölkədə 18 yaşdan yuxarı bütün vətəndaşlar peyvənd oluna bilərlər. Gələn həftədən isə mobil həkim qrupları vaksinasiya prosesini yerində həyata keçirmək üçün fəaliyyətə başlayacaq.

Qeyd edək ki, aprelin 28-də Ermənsitan baş nazirinin müavini Tiqran Avinyan və səhiyyə naziri Anait Avenesyan "AstraZeneсa" preparatı ilə peyvənd olunublar. Hazırda Ermənistanda bu preparatla yanaşı, Rusiya istehsalı olan "Sputnik V" peyvəndindən də istifadə olunur.

Xəbər lenti
0