18:32 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
14 0 0

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə birbaşa və proporsional reaksiya verib. Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, onların maraqlarında olduğu zaman ABŞ və Rusiya əməkdaşlıq edə bilər.

BAKI, 29 aprel — Sputnik. Vaşinqton Moskva ilə münasibətləri gərginləşdirməyə çalışmır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Konqresdə çıxışı zamanı Birləşmiş Ştatlar Prezidenti Co Bayden bildirib.

"Rusiyaya gəldikdə, mən prezidentə (Rusiya Prezidenti Vladimir Putinə -red.) aydın şəkildə bildirdim ki, biz gərginliyə çalışmırıq, lakin onların addımlarının nəticələri olacaq", - deyə Bayden bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə birbaşa və proporsional reaksiya verib.

Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, onların maraqlarında olduğu zaman ABŞ və Rusiya əməkdaşlıq edə bilər.

Qeyd edək ki, aprelin 15-i Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.

"Bu gün Bayden Administrasiyası ABŞ suverenliyi və maraqlarına qarşı Rusiya hökuməti və kəşfiyyat orqanlarının atdığı addımlara görə Rusiyaya qarşı tədbirlər görür", - deyə məlumatda bildirilir.

Qəbul olunan qərara əsasən, on Rusiya diplomatı ABŞ-dan da qovulub. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.

Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunub.

ABŞ rəhbərliyi, həmçinin Aİ, Böyük Britaniya, Avstraliya və Kanada ilə birgə Krımla bağlılığı olan 8 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Əsas mövzular