Bayram Kərimovun problemi həll olundu

© Photo : APAБайрам Керимов
Байрам Керимов - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Abunə olmaq
Bayram Kərimovla bağlı narazılıq doğuran məlumatlar yayıldıqdan sonra o, Müdafiə Nazirliyi tərəfindən yenidən xəstəxanaya çağrılıb və onun bütün problemləri artıq həllini tapıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Keçmiş əsir Bayram Kərimovun problemləri həllini tapıb. Bu barədə B.Kərimov özü Sputnik Azərbaycan-a məlumat verib. Həmçinin onun problemlərinin həlli istiqamətində müəyyən töhfələrini verən, hüquqi baxımdan yardımlarla təmin edən könüllü xanım Nigar Aslanova da bu barədə Sputnik Azərbaycan-a məlumat verib. O bildirib ki, Bayram Kərimovla bağlı narazılıq doğuran məlumatlar yayıldıqdan sonra o Müdafiə Nazirliyi tərəfindən yenidən xəstəxanaya çağrılıb və onun bütün problemləri artıq həllini tapıb. 

B.Kərimovun əlliliklə bağlı müraciətinə də baxılıb.

Байрам Керимов - Sputnik Azərbaycan, 1920, 27.04.2021
CƏMİYYƏT
"Artıq yaşamaq istəmirəm" - əsirlikdən qayıtmış könüllü prezidentə müraciət etdi

Qeyd edək ki, bir neçə gün öncə 44 günlük Vətən müharibəsindən sonra ermənilərə əsir düşən və əsirlikdən qayıtmış Bayram Kərimov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında onun səhhətinə diqqətsiz yanaşılması ilə bağlı Sputnik Azərbaycan-a açıqlama vermişdi. O açıqlamasında bildirmişdi: "İynə vurdururam, ağrılarım keyiyir, gedirəm "Papanin" xəstəxanasına. Allaha and olsun, çox əziyyət çəkirəm. Həkimlərə deyirəm ki, sənədlərimlə bağlı nə deyirsiniz? Deyirlər ki, sən yararlısan. Deyirəm axı necə yararlıyam?! Yararlıyamsa, o zaman mənə necə orta-ağır diaqnozu ilə 2 min 700 manat pul verildi? Durub üzümə baxırlar. Məni göndərirlər psixoloqun yanına, deyirəm, ay kişi, mən dəli deyiləm. Deyirəm ki, necə ola bilər ki, mənim sənədlərim psixoloqun otağından çıxır, axı mən dəli deyiləm".

Onunla bağlı sosial şəbəkələrdə də çoxsaylı etiraz doğuran paylaşımlar yer almışdı.

Xəbər lenti
0