Rusiyanın məşhur teatrı onlayn formatda balet nümayiş etdirəcək

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidРепетиция балета "Драгоценности"
Репетиция балета Драгоценности - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Yayım zamanı həmçinin "Şelkunçik" və "Don Kixot" tamaşaları və "Sadko" operası da göstərilib. Dünyanın 130-dan çox ölkəsindən izləyicilər monitorlarının qarşısında təxminən 2 milyon saat vaxt keçiriblər.

BAKI, 28 aprel — Sputnik. Rusiyanın "Bolşoy Teatr"ı 246-cı mövsümündə "Spartak", "Zinət əşyaları" və "Faraonun qızı" baletlərinin onlayn formatda nümayişini planlaşdırıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə teatrın mətbuat attaşesi Katerina Novikova bildirib.

Qeyd edək ki, bu ilin mart və aprel aylarında "Bolşoy Teatr" özünün "YouTube" kanalında qızıl fonda daxil olan 14 tamaşa ilə izləyicilərin görüşünə gəlib. Yayım zamanı həmçinin "Şelkunçik" və "Don Kixot" tamaşaları və "Sadko" operası da göstərilib. Dünyanın 130-dan çox ölkəsindən izləyicilər monitorlarının qarşısında təxminən 2 milyon saat vaxt keçiriblər.

 

Xəbər lenti
0