Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şanlı qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunub

© Official website of President of Azerbaijan RepublicПианино, фото из архива
Пианино, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Əsərlərin müzakirəsi qapalı şəraitdə keçiriləcək. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra oktyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (http://mct.gov.az) yayımlanacaq

BAKI, 27 aprel — Sputnik. 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Müsabiqə mayın 1-dən oktyabrın 1-dək keçiriləcək.

Simfonik əsər kateqoriyası üzrə keçirilən müsabiqədə yaşı 25-dən 35-nə qədər olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilər.

İştirakçıları münsiflər heyətinin üzvləri – Firəngiz Əlizadə (Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri), Aydın Əzimov (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru), Fəxrəddin Kərimov (Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru), Həcər Babayeva (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru) və Ayaz Qəmbərli (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, bəstəkar) qiymətləndirəcəklər.

Əsərlərin müzakirəsi qapalı şəraitdə keçiriləcək. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra oktyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (http://mct.gov.az) yayımlanacaq.

Qalib olmuş müəlliflərin əsərlərinin noyabrın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək "Qələbə" konsertində səsləndirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0