Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов принимает участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств в широком составе
Министр иностранных дел Азербайджана Джейхун Байрамов принимает участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств в широком составе - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

BAKI, 27 aprel — Sputnik. Cari ilin 27 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər. 

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0