12:06 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
37 0 0

"Biz də problemlərin ölkə daxilində həll olunmasına tərəfdarıq, ancaq bilməliyik ki, dünya ilə əlaqə yaratmadan irəliləyiş olmayacaq və İran inkişaf etməyəcək"

BAKI, 27 aprel — Sputnik. İran Prezidenti Həsən Ruhani ölkə iqtisadiyyatının inkişafı üçün daxili bazarın yetərli olmadığını və dünya ilə əlaqə qurmadan irəliləyiş əldə edilə bilməyəcəyini bəyan edib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ruhani bu fikri İranın paytaxtı Tehranda iqtisadçılarla görüşündə səsləndirib. Ruhani ölkəsinin xarici siyasəti və iqtisadi böhranla bağlı bir sıra dəyərləndirmələrlə də çıxış edib.

"Biz də problemlərin ölkə daxilində həll olunmasına tərəfdarıq, ancaq bilməliyik ki, dünya ilə əlaqə yaratmadan irəliləyiş olmayacaq və İran inkişaf etməyəcək", - deyə İran prezidenti vurğulayıb.

Ruhani, həmçinin əvvəllər 119 milyar dollara olan neft qiymətinin onların hakimiyyəti dövründə 67 dolları keçmədiyini də bildirib.

Avstriyanın paytaxtı Vyanada sabah baş tutacaq nüvə müqaviləsi ilə bağlı müzakirələrə də toxunan prezident "bu müzakirələr İranın gücünün nümayişidir. Bu gün dünya artıq İranla münasibət qurmaq və sanksiyaları ləğv etməkdən başqa yol olmadığını qəbul edib. Bu, İran üçün böyük uğurdur", – deyib.

Əsas mövzular