15:23 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi.

BAKI, 27 aprel — Sputnik. "EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Binəqədi rayon Məhkəməsində "EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Aygül Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə Samir Məmmədov barəsində olan polis nəzarətində qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəzləyib. S. Məmmədov məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, "EuroHome" MMC-nin direktoru S.Məmmədov və Amil Salmanov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunur.

Xatırladaq ki, ötən il "EuroHome" iki dəfə böyük yanğın hadisəsi baş verib. "EuroHome"un sahibi Azay Möhnətovdur.

Əsas mövzular