Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb

© Photo : APAПамятник легендарному азербайджанцу, народному артисту СССР Муслиму Магомаеву
Памятник легендарному азербайджанцу, народному артисту СССР Муслиму Магомаеву - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov heykəlin bürüncdən tökülmə mərhələsində olduğunu deyib: "Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşacaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır".

Xalq rəssamı onu da əlavə etdi ki, heykəl Dənizkənarı Milli Parkda, Kukla teatrının yaxınlığında ucaldılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Xəbər lenti
0