MSK sədri: Seçkilərin demokratik şəkildə keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
"Dövlətimiz, xalqımız əmin olsun ki, məsuliyyətimizi yaxşı başa düşürük. Çalışacağıq ki, fəaliyyətimizi bundan sonra da qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının maraqları əsasında davam etdirək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. "Azərbaycanda son illər böyük nailiyyətlər əldə olunub. Qazanılan nailiyyətlər hər şeydən əvvəl Azərbaycanda dayanıqlı, sabit inkişafla bağlıdır. Ölkədə seçkilərin demokratik keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Bunlar Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması üçün mühüm şərtlərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

MSK sədri bildirib ki, qazanılan uğurlar birbaşa Prezident İlham Əliyevin düşünülmüş, müdrik siyasətinin nəticəsidir.

"Dövlətimiz, xalqımız əmin olsun ki, məsuliyyətimizi yaxşı başa düşürük. Çalışacağıq ki, fəaliyyətimizi bundan sonra da qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının maraqları əsasında davam etdirək", - deyə M.Pənahov bildirib.

Qeyd edək ki, bu gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibini təsdiqləyib.

Parlamentin sədri Sahibə Qafarova MSK-nın tərkibinin 18 nəfərdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatlardır.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyasının yeni tərkibi səsə qoyularaq təsdiqlənib.

Siyahıda hakim Yeni Azərbaycan Partiyasından (YAP) Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının əsas, Surəddin Hümbətov isə əvəzedici üzvü kimi deputatları təmsil edəcəklər.

Bitərəf deputatları Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Fuad Cavadov, Nailə Əsgərova və Aydın Muradov təmsil edəcəklər.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK-nın üzvləri isə Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Almas Qəhrəmanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) Vətəndaş Birliyi Partiyası ilə birgə namizəd Tofiq Həsənov, Azərbaycan Demokratik Maarifçilik Partiyasından İlkin Şahbazov seçiliblər.

Xəbər lenti
0