Mərkəzi Seçki Komissiyasının sədri seçiləcək

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Milli Məclis bu gün Mərkəzi Seçki Komissiyasının tərkibini təsdiqləyib. MSK-nın tərkibi 18 nəfərdən ibarətdir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Milli Məclis bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibini təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yeni tərkib təsdiqləndikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçiləcək.

Qeyd edək ki, MSK-nın tərkibi 18 nəfərdən ibarətdir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatlardır.

Siyahıda hakim Yeni Azərbaycan Partiyasından (YAP) Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının əsas, Surəddin Hümbətov isə əvəzedici üzvü kimi deputatları təmsil edəcəklər.

Bitərəf deputatları Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Fuad Cavadov, Nailə Əsgərova və Aydın Muradov təmsil edəcəklər.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK-nın üzvləri isə Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Almas Qəhrəmanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) Vətəndaş Birliyi Partiyası ilə birgə namizəd Tofiq Həsənov, Azərbaycan Demokratik Maarifçilik Partiyasından İlkin Şahbazov seçiliblər.

Xatırladaq ki, MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri - Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.

Xəbər lenti
0