Agentlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz.

BAKI, 27 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən bildirilib: "Hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq. Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz".

Xəbər lenti
0