12:25 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
31 0 0

"Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. "

BAKI, 27 aprel — Sputnik. "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bu gecə dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, iş adamı birlikdə çəkilən fotolarını yayımlayaraq bunları yazıb: "Dəyərli dostum, əziz qardaşım.... Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət etsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost. Ruhun şad olsun".

Qeyd edək ki, M.Mənsimov bir müddət əvvəl səhhətində ciddi problem yaranan müğənniyə yardım etmiş, onu müalicə üçün Türkiyəyə aparmışdı. Türkiyədə Baloğlan Əşrəfova qaraciyər köçürülmüşdü.

 

Əsas mövzular