17:13 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Aprelin 29-dan Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək

 

BAKI, 26 aprel — Sputnik. Sabahdan birinci siniflərə qəbul başlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov məlumat verib. Onun sözlərinə görə, sabah birinci siniflərə qəbul üçün onlayn qeydiyyata start verilir.

O.Abbasov onu da qeyd edib ki, aprelin 29-dan Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək:

"Bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir. Sistem baxımından tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə Təhsil idarələrində də müvafiq işlər görülüb, eyni zamanda alternativ qeydiyyat mərkəzləri də hazır vəziyyətə gətirilib".

Əsas mövzular