SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Zəngəzurdakı strateji əhəmiyyətli mövqeləri Azərbaycana qaytarır?

© SputnikТрасса Ереван-Мегри
Трасса Ереван-Мегри - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Ermənistan Müdafiə Nazirliyi insanları təmkinli olmağa, bu barədə yayılan videoçarxı izləməməyə çağırdı.

BAKI, 26 aprel — Sputnik. Erməni mətbuatında Yerevanın Zəngəzurdakı (Sünik) strateji əhəmiyyətli mövqeləri Azərbaycan tərəfinə təslim etməsi barədə məlumat yayılıb. Məlumat sosial şəbəkələrdə geniş yayılmış videoçarxdan sonra ortaya çıxıb. Həmin videoçarxda naməlum bir şəxs Zəngəzurdakı sərhədçilərin silahlarının əllərindən alındığını və mövqelərini tərk etmək məcburiyyətində qaldıqlarını bildirir.

Sputnik Armenia-nın verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

"Bu məlumat tamamilə yalandır. Ermənistan silahlı qüvvələri hər hansı bir mövqeyi Azərbaycana qaytarmayıb, bütün sərhədboyu ərazilərdə əsgərlər öz mövqeyindədir və onlara verilən tapşırıqları tam şəkildə yerinə yetirirlər", – deyə məlumatda bildirilir.

Nazirlik insanları təmkinli olmağa, yayılan videoçarxı izləməməyə çağıraraq kütləvi informasiya vasitələrinə bu cür məlumatları tirajlamamaq barədə xəbərdarlıq edib.

"Medianı müharibədən sonrakı dövrdə mürəkkəb problemləri həll etməklə məşğul olan silahlı qüvvələrin nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməyə çağırırıq", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də erməni mətbuatında Zəngəzurdakı bəzi mövqelərin Azərbaycana qaytarılacağı və baş nazir Paşinyanın Sünikə məhz bu məqsədlə, əhalini sözügedən addıma hazırlamaq üçün getdiyi barədə xəbərlər yayılmışdı.

Xəbər lenti
0