Səhiyyə sistemində korrupsiya hallarının qarşısının alınması üçün təkliflər verildi

© Sputnik / Murad OrujovМанат и доллары, фото из архива
Манат и доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
AHİB ifşa olunan korrupsiya hallarını, hüquqi təsdiqini taparsa, qətiyyətlə pisləyir və onu dövlətin pandemiya ilə mübarizə siyasətinə zərbə və çarəsiz xəstələrin durumundan sui-istifadə kimi dəyərləndirir

 

BAKI, 26 aprel — Sputnik. Səhiyyə sahəsində şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq lazımdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə üçün ayrılmış – "Yeni klinika", Fövqəladə Hallar Nazirliyinin modul tipli və digər xəstəxanalarda baş verən hadisələrlə bağlı Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) yaydığı məlumatda qeyd edilib.

AHİB ifşa olunan korrupsiya hallarını, hüquqi təsdiqini taparsa, qətiyyətlə pisləyir və onu dövlətin pandemiya ilə mübarizə siyasətinə zərbə və çarəsiz xəstələrin durumundan sui-istifadə kimi dəyərləndirir: "Təşkilat olaraq istintaqın obyektiv, ədalətli aparılmasına ümid edir və onun nəticələrinin ictimaiyyətə açıqlanmasını vacib hesab edirik. Xüsusilə vurğulamaq istərdik ki, bu cür neqativ hallar pandemiya ilə mübarizədə fədakarlıq göstərmiş, dəfələrlə xəstələnmiş, şəhid olmuş yüzlərlə həkimlərimizin təqdirəlayiq əməyinə kölgə sala bilməz".

Təşkilat bu cür neqativ halların qarşısının alınması üçün aşağıdakıları vacib hecab edir:

1. Səhiyyə islahatlarını tezliklə başa çatdırmaq və onun qərb standartlarına yaxınlaşdırmaq;

2. İcbari tibb sığortanın ölkə boyu tətbiqi prosesini sürətləndirmək və bu sahədə əhalinin maarifləndirmə işlərini intensivləşdirmək, ictimai nəzarəti və şəffaflığı təmin etmək;

3. Səhiyyədə şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq;

4. Həkimlərin və tibb işçilərinin, həmçinin tibb kadrları hazırlayan professor-müəllim heyətinin maddi rifahını yaxşılaşdırmaq üçün tədbirlər görmək;

5. Pandemiya ilə mübarizə səngərində şəhid olmuş həkimlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün onlara şəhid statusu verilməsi məsələsinə baxmaq.

Xəbər lenti
0